SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakının Nəsimi rayonu ərazisində bir nəfər intihar etmək istəyib.

BAKU.WS xəbər verir ki, hadisə “Memar Əcəmi” metrosu yaxınlığında baş verib.

Bir nəfər kişi 5 mərtəbəli binanın damına çıxaraq özünü atmaq istəyir. Hadisə şahidləri bildiriblər ki, həmin şəxs borclu olduğu və pulu qaytara bilmədiyi üçün intihara əl atıb.
Belə ki, həmin şəxs faizə pul götürüb. Pulunu vaxtında ödəyə bilməyib. Borc verən faizini tələb etdiyi üçün kişi 5 mərtəbəli binanın üstünə çıxıb və özünü atmaq istəyir. Əraziyə vətəndaşlar yığışıb.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub və vətəndaş xilas edilib.

Hadisənin görüntülərini təqdim edirik.

BAKU.WS
VİDEO