Borcunu verə bilməyən şəxs binanın damına çıxdı - VİDEO

Bakının Nəsimi rayonu ərazisində bir nəfər intihar etmək istəyib.
BAKU.WS xəbər verir ki, hadisə “Memar Əcəmi” metrosu yaxınlığında baş verib.
Bir nəfər kişi 5 mərtəbəli binanın damına çıxaraq özünü atmaq istəyir. Hadisə şahidləri bildiriblər ki, həmin şəxs borclu olduğu və pulu qaytara bilmədiyi üçün intihara əl atıb.Belə ki, həmin şəxs faizə pul götürüb. Pulunu vaxtında ödəyə bilməyib. Borc verən faizini tələb etdiyi üçün kişi 5 mərtəbəli binanın üstünə çıxıb və özünü atmaq istəyir. Əraziyə vətəndaşlar yığışıb.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub və vətəndaş xilas edilib.
Hadisənin görüntülərini təqdim edirik.
Oxşar xəbərlər
Bakıda kişi aləmi bir-birinə vurub, sakinləri ayağa qaldırdı - VİDEO
Bakının Nəsimi rayonunda bir nəfər özünü hündürmərtəbəli binadan atmaq istəyib. Bu barədə hadisə şahidləri BAKU.WS-in “qaynar xətti”nə məlumat veriblər. Bildiri...
