13,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT

 
Rusiyanın Çerdınski rayonun Nırob qəsəbəsində yerləşən 11 saylı islahedici koloniyada "qanuni oğru” asılmış vəziyyətdə tapılıb. 

BAKU.WS-in məlumatına görə, narkotiklərin qanunsuz saxlanmasına görə cəza çəkən məhkum Maksim Novikov cəhdlərə baxmayaraq həyatını xilas etmək mümkün olmayıb. O kriminal aləmdə "Pioner Maks" ləqəbli kimi tanınıb. 

Məlumdur ki, ömrünün son saatlarında Maksim tək olub və onun cəsədi saxlandığı kamerada aşkarlanıb. Əldə olunan məlumatlara görə, Maksim bundan öncə də bir neçə dəfə intihara cəhd edib. Qarınını doğrayan məhkumu o zaman xilas etmək mümkün olmuşdu.
 
Ölümündən əvvəl Pioner tez-tez bir söz təkrarlayırdı: "Mən oğru kimi öləcəyəm". Kim və ya nə onun oğru olmasına mane törədirdi? Bu sualı aydınlaşdırmaq hələlik mümkün deyil. 

Qeyd edək ki, Maksim Novıkov 2014-cü ilin sentyabrında Volodya Blondin, Lexa Zabava, Jora Taşkendski, Vova Puxlıy, Oleq Sırkaç və digərlərinin iştirakı ilə "Lotu Quli" tərəfindən "taclandırılıb”.
 
BAKU.WS