Tovuz rayon sakini evində ölü tapılıb.
BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, Öysüzlü kənd sakini, 1975-ci il təvəllüdlü Mayıl Fedir oğlu Nəbiyev evdə ölü tapılıb.
Bildirək ki, 44 yaşlı şəxs evdə tək yaşayırmış.

Hadisə yerinə baxış zamanı evin aynalarının qırıq vəziyyətdə olması diqqətdən yayınmayıb.
Hadisə yerinə Tovuz rayon Prokurorluğunun və Polis Şöbəsinin əməkdaşları cəlb olunub.
Araşdırmalar zamanı məlum olub ki, meyidin üzərində zorakılıq əlamətləri var.
Mərhumun bədənində bıçaq yarasının izləri var.

BAKU.WS
QALEREYA