Sumqayıtda “Ustay” şirkətinin 13 işçisi zəhərlənib, vəziyyətləri orta-ağırdır

16
noy
2019
13:55
Sumqayıt şəhərində yerləşən zavodda kütləvi zəhərlənmə faktı qeydə alınıb.Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə bildirilib.Verilən məlumata görə, baş verən zəhərlənmə hadisəsi ilə əlaqədar 13 nəfər özəl tibb müəssisələrindən birinə müraciət ediblər.Onlardan 10-u ambulator müalicəyə buraxılıb. 3 nəfər Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə gətirilib.Xəstələrin vəziyyəti orta-ağır kimi qiymətləndirilir.Günün sonlarına doğru evə buraxılacaqları ehtimalı edilir.Qeyd edək ki, hadisə “Ustay” şirkətinin zavodunda qeydə alınıb.Ziya SƏCCAD
Oxşar xəbərlər
Azərbaycanda toyda 33 nəfər zəhərləndi - FOTO
İsmayıllı rayonunun Qəzli kəndində toy mərasimində kütləvi zəhərlənmə olub.Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə məlumat verilib.Bildiril...