Azərbaycanda rəislər işdən qovuldular

Azərbaycanda rəislər işdən qovuldular
Hadisə 2139
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkəmizdə qida təhlükəsizliyi sahəsində şəffaflığın təmin olunması, yaranan neqativ hallarla mübarizə istiqamətində tədbirləri davam etdirir.Agentliyin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, aşağıda adları qeyd olunan qurum əməkdaşları səmərəli fəaliyyət və sahibkarlıq subyektləri ilə münasibətdə şəffaf iş prinsiplərinə əməl etmədiklərinə görə Agentlik sədrinin müvafiq əmri ilə tutduqları vəzifələrdən azad ediliblər:Gəncə regional bölməsinin rəisi Abdullazadə Hüseyn Abdulla oğluGəncə regional bölməsinin heyvan sağlamlığı və baytarlıq nəzarəti sektorunun müdiri Əzizov Kamran Kamal oğluLənkəran regional bölməsinin rəisi Bağırov Əlimuxtar Balağa oğluLənkəran regional bölməsinin Bitki sağlamlığı və fitosanitar nəzarəti sektorunun böyük məsləhətçisi İsmayılov Habil Əli oğluAQTA bəyan edir ki, qida təhlükəsizliyinin təmin olunması istiqamətində görülən işlərə kölgə salan və qurumun sağlam iş prinsiplərinə zidd hərəkətlərə yol verən əməkdaşların haqqında bundan sonra da ən ciddi tədbirlər görüləcəkdir.AQTA dəyərli iş adamlarına bir daha müraciət edərək bildirir ki, Agentlik əməkdaşları tərəfindən hər hansı qanunazidd hərəkətlərlə üzləşdikdə dərhal müvafiq hüquq-mühafizə orqanlarına və ya AQTA-nın 1003 – Çağrı Mərkəzinə məlumat versinlər.

Oxşar xəbərlər

Sektor müdiri rəis təyin edildi

Sektor müdiri rəis təyin edildi

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Tovuz Regional Şöbəsinin rəisi işdən azad edilib.BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, Rauf Əliz...

660 Hadisə 11:20 08 oktyabr 2019

Son xəbərlər