Bakıda insanları təhqir edərək qıza hücum çəkən şəxsin döyülmə anı – YENİ VİDEO

14
noy
2019
09:51
Noyabrın 12-də saat 22.45 radələrində Sabunçu rayonu, Bakıxanov qəsəbəsində 2 nəfərin törətdiyi insidentin yeni görüntülərini əldə etmişik.BAKU.WS-in “qaynar xətti”nə göndərilən görüntülərdə insanların həmin şəxsləri döydükləri görünür.Qeyd edək ki, noyabrın 12-də saat 22.45 radələrində Sabunçu rayonu, Bakıxanov qəsəbəsində 2 nəfər naməlum şəxsin yolu bağlayaraq oradan keçən avtomaşınlara və şəxslərə hücum etmələri barədə DİN-in “102” Zəng Xidmətinə məlumat daxil olub.Araşdırma zamanı qeyd olunan əmələ yol verən 1994-cü il təvəllüdlü Eldəniz Təmrazlı və 1992-ci il təvəllüdlü Şəhriyar Hadili müəyyən olunaraq, ərazi üzrə Sabunçu RPİ 13-cü PB gətirilib.Hər iki şəxsin orta dərəcəli sərxoşluq vəziyyətində olmaları müəyyən edilib.Həmin şəxslərin əməlində inzibati xətanın tərkib əlamətləri olduğuna görə, onların barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsilə inzibati xəta haqqında protokol tərtib edilərək, Sabunçu Rayon Məhkəməsinə göndərilib.
Oxşar xəbərlər
Bakı polisi yolu kəsib, qadınlara hücum edən şəxsləri saxladı - VİDEO
“Sosial şəbəklərdə yayılan videogörüntülərdə yolu bağlayaraq oradan keçən avtomaşınlara və şəxslərə hücum edən naməlum şəxslər tərəfimizdən müəyyən olunaraq, sa...