Bakıda iki avtomobil toqquşub, xəsarət alanlar var - FOTO

10
noy
2019
21:54
Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.BAKU.WS “report”a istinadən xəbər verir ki, hadisə paytaxtın Ziya Bünyadov prospektində qeydə alınıb.Belə ki, 10-AR-171 dövlət nömrə nişanlı “Audi” markalı avtomobillə 10-VH-045 dövlət nömrə nişanlı “KİA” markalı avtomobil toqquşub. Zərbənin gücündən “Audi” markalı avtomobil səkiyə çırpılıb.Qəzada hər iki avtomobilə ciddi ziyan dəyib. Hadisə şahidlərinin bildirdiyinə görə, xəsarət alanlar təcili yardımın köməkliyi ilə yaxınlıqdakı xəstəxanaya aparılıb.İki avtomobilin toqquşması nəticəsində yolda tıxac yaranıb. Hazırda hadisə yerinə cəlb edilən DYP əməkdaşları yolda maşınların hərəkətini tənzimləyir. Faktla bağlı araşdırma aparılır.
Qalereya
Oxşar xəbərlər
Bakıda avtomobili yüksək sürətlə sürən sürücü qəza törətdi - VİDEO
Bakının Yasamal rayonunda yol-nəqliyyatı hadisəsi baş verib.BAKU.WS APA-ya istinadla xəbər verir ki, qəza Dövlət Statistika Komitəsinin qarşısında qeydə alınıb....
