Azərbaycanlı ekstrasens Moskvada güllələndi - EKSKLÜZİV

25
okt
2019
09:37
Tanınmış ekstrasens Nadim Alixanov Rusiyada güllələnib.BAKU.WS-ə daxil olan məlumata görə, dünən 34 yaşını qeyd edən edən ekstrasens dostları ilə birlikdə Moskvada azərbaycanlılara məxsus restoranlarının birində toplaşıb.Məclisin qızğın yerində Nadim və dəvətlilər qəflətən silahlı hücuma məruz qalıb. Nadim Əlixanov və bir rusiyalı qız ağır yaralanıb. Güllə Alixanovun boyun və çiyninə, qızın isə qarın boşluğuna dəyib. Yaralılar xəstəxanaya yerləşdirilib.Məclisdə kriminal aləmin nümayəndələri olduğundan hadisənin qisas zəminində törədildiyi istisna olunmur.Nadim Alixanovun qardaşı Nofiq Alixanov faktı BAKU.WS-ə təsdiqləyib. O, qardaşının hazırda reanimasiyada olduğunu bildirib.
Zülfiyyə Qurbanova

Oxşar xəbərlər
Ekstrasens Nadim Alixanov: "Mən onun tayı ola bilmərəm!" - VİDEO
Ötən il verdiyi proqnozlar öz təsdiqini tapan tanınmış ekstrasens Nadim Alixanov özünü ekstrasens adlandıran Bayram Nurlunu tənqid edib.BAKU.WS xəbər verir ki,...
