SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bakının Şıxəli Qurbanov küçəsində kanalizasiya daşıb. 
 
BAKU.WS xəbər verir ki, daşan çirkli su metronun "Nizami" stansiyasının qarşısı ilə üzü aşağı axaraq üfunətli mənzərə yaradıb.

"Azərsu" ASC-nin Yasamal Rayon Su-Kanal İdarəsindən Milli.Az-a bildiriblər ki, ərazidə kanalizasiya xəttində tıxanma baş verib. Nəticədə su daşaraq ətrafa yayılıb. Hazırda idarənin əməkdaşları qəzanın nəticələrini aradan qaldırmağa çalışırlar. 

Hələlik problemin nə zaman aradan qaldırılacağı məlum deyil. 
 
BAKU.WS