SİZİN REKLAM BURADA!
055 213 76 73


Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, sentyabrın 24-də saat 10 radələrində Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində Bakı şəhər sakini V.Nəciyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Sumqayıt şəhər sakini Ziya Mirzəyevi vurub, piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Sabunçu RPİ tərəfindən araşdırma aparılır.
BAKU.WS