VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Xaçmaz rayonunun Armudpadar kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən BAKU.WS-ə verilən məlumata görə, dekabrın 9-da saat 20 radələrində Xaçmaz rayonunun Armudpadar kəndi ərazisində Quba rayon sakini Abdulla Abdullayev idarə etdiyi “VAZ-21214” markalı avtomobillə yolu keçən həmyerlisi Ədalət Nəsirovu vurub və nəticədə piyada hadisə yerində ölüb.

Dekabrın 9-da saat 18 radələrində isə Xaçmaz rayonunun Çinartala kəndi ərazisində Xudat şəhər sakini Pərviz Zalov idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən kənd sakini Alim Poladovu vurub və nəticədə piyada hadisə yerində ölüb.

Xaçmaz RPŞ, Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

BAKU.WS