Azərbaycanda “Audi” sürüyə girdi - çobanı vurdu, 57 baş qoyun tələf oldu
10
iyl
2018
10:53
Qazax rayonunda 1 nəfərin xəsarət alması ilə yol-nəqliyyat hadisəsi baş verib.Belə ki, DİN Mətbuat Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, iyulun 9-da saat 4 radələrində Bakı-Qazax yolunun 480-ci kilometrliyində - Qazax rayonunun Daşsalahlı kəndi ərazisində Şəmkir rayon sakini Habil Hüseynov idarə etdiyi “Audi” markalı avtomobillə yolu keçən qoyun sürüsünü və çoban, Qazax rayon sakini Adil Quliyevi vurub.Qəza nəticəsində A.Quliyev xəstəxanaya yerləşdirilib. 57 baş qoyun isə tələf olub.DİN-in Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda mikroavtobus avtomobillə toqquşdu - 13 nəfər yaralandı
Bakı-Qazax yolunda mikroavtobus minik avtomobili ilə toqquşub.APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Bakı-Qazax magistral yolunun Astafa rayonun D...