SİZİN REKLAM BURADA!
055 213 76 73



Səbail rayonunun Badamdar qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən BAKU.WS-ə verilən məlumata görə, yanvarın 27-də saat 22 radələrində Səbail rayonunun Badamdar qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini Zahid Əhmədov vurulub və nəticədə piyada hadisə yerində ölüb.

Səbail RPİ tərəfindən araşdırma aparılır.

BAKU.WS