SİZİN REKLAM BURADA!
055 213 76 73



Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.


Daxili İşlər Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, yanvarın 22-də saat 7 radələrində Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsi ərazisində şəhər sakini Ramin Hüseynov idarə etdiyi "İsuzu” markalı 26 saylı xətt avtobusu ilə yolu keçən qəsəbə sakini Tamella Əlverdiyevanı vurub. Hadisə nəticəsində piyada hadisə yerində ölüb.

Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.

BAKU.WS