Azərbaycan əsgərinin nəşi neytral ərazidən götürülüb
24
sen
2019
09:38
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Sentyabrın 22-də yolu azaraq düşmənlə üzbəüz mövqelər arasındakı ərazidə ermənilər tərəfindən vurulan Azərbaycan Ordusunun əsgəri Abdulrəhmanov Ramin Şövkət oğlunun nəşi təmas xəttindən çıxarılıb.Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova "Report"a açıqlamasında bildirib ki, dünən Beynəlxalq Qızıl Xaç Komitəsi tərəflərin müraciəti və razılaşması ilə neytral vasitəçi olaraq həlak olan şəxsin nəşini tmas xətti ərazisindən çıxarılması əməliyyatında iştirak edib.Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, sentyabrın 22-də cəbhəboyu zonada yerləşən hərbi hissədə əsgər Abdulrəhmanov Ramin Şövkət oğlu yolu azaraq düşmənlə üzbəüz mövqelər arasındakı ərazidə ermənilər tərəfindən vurulub.
Oxşar xəbərlər
“Günün Yekunu” - 23 sentyabr 2019
Ölkə gündəminin qısa xülasəsini öyrənmək üçün hər gün saytımızda “Günün Yekunu” adlı xəbər blokumuzu izləyə bilərsiniz.BAKU.WS xəbər verir ki, Azərbaycanın Biri...