SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda külək 5 ağacı aşırdıb, 2 ağacı kökündən qopardıb.

Bu barədə Bakı Meriyasının Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov BAKU.WS-ə açıqlamasında bildirib.

Onun sözlərinə görə, hadisə paytaxtın Nəsimi, Nizami və Yasamal rayonlarında baş verib.

Kökündən qopan ağaclar isə maşınların üstünə aşıb. “Nizami” metrosunun yaxınlığında külək nəticəsində ağac parklanmada olan “Hyundai Sonata” markalı 10 CH 244 dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə düşüb.

Hadisə zamanı xəsarət alan olmasa da, avtomobilə ciddi ziyan dəyib.

Digər hadisə Nəsimi rayonu, Topçubaşov küçəsində, 1 nömrəli uşaq poliklinikasının həyətində baş verib. Külək ağacı kökündən qoparıb və “Prado” markalı maşının üstünə atıb.

Orxan Məmmədov vətəndaşlara ehtiyatlı olmağı tövsiyyə edib:

“Hazırda paytaxtın bəzi yerlərində külək var. Elə yer var külək azdır, bəzi yerlərdə küləyin sürəti artır. Vətəndaşlar ehtiyatlı olmalıdırlar. Ağacların və binaların altında maşın saxlamaq olmaz”.
BAKU.WS