SİZİN REKLAM BURADA!
055 213 76 73


Yol polisini təhqir edən sürücü üzr istəyib.

BAKU.WS
xəbər verir ki, sosial şəbəkələrdə yayılan videoda yol polisini təhqir edən Fəxrəddin Nəsirov tutduğu əməldən peşman olduğunu qeyd edib.

“Sənədimi polis əməkdaşına təqdim edəndən sonra məndən taksi faəliyyəti ilə məşğul olmaq üçün lisenziyamın olub-olmadığımı soruşdu. Mən də ona “yox” cavabı verdim. Polis əməkdaşı da mənə protokol yazdı.

Mən şəkər xəstəsiyəm və polisin bu hərəkətinə əsəbləşib, polis əməkdaşını söyüşlə təhqir etdim”, - deyə Fəxrəddin Nəsirov bildirib.

Sürücü təhqir etdiyi yol polisini tapıb, üzr istəyəcəyini bildirib:

“Həmin polis əməkdaşını tapıb üzr istəyəcəm. Bütün polis əməkdaşlarından üzr istəyirəm. Hamı məni üzrlü hesab etsin”.

Xatırladaq ki, sosial şəbəkələrdə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşı olan polis zabitinin sürücüyə qayda pozuntusuna görə protokol tərtib etməsi prosesində polisin sürücü tərəfindən təhqir olunması barədə video yayılıb.
BAKU.WS
VİDEO