VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qubada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

BAKU.WS APA-ya istinadla xəbər verir ki, rayonun Söhüb kəndində "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin Quba şöbəsinin əməkdaşlarının olduğu "UAZ" markalı, 10 JF 130 dövlət nömrə nişanlı avtomobil aşıb. Nəticədə 2 nəfər ölüb, 2 nəfər xəsarət alıb.  Xəsarət alan şəxslərin şəxsiyyəti müəyyənləşdirilir. 

Qubada baş verən yol qəzasında ölənlərin şəxsiyyəti müəyyənləşib.

Qəza nəticəsində Zahid Qurbanov və Namiq Rüstəmov dünyasını dəyişiblər.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

BAKU.WS