SİZİN REKLAM BURADA!
055 213 76 73


 
"Sərhədçi" İdman Olimpiya Mərkəzində keçirilən MMA üzrə "Azerbaijan Fighting Championship” beynəlxalq turnirdə qalmaqal baş verib.
 
BAKU.WS-in məlumatına görə, 70 kq. çəki dərəcəsində yarışan TT döyüş klubunun üzvü Cəfər İsmiyevlə "Ruslan" döyüş klubunun təmsilçisi Aqşin Salmanov arasında qarşıdurma yaşanıb.

İlk raunddaca Salmanov İsmiyevi başı üzərinə qaldıraraq rinqdən kənara atıb. Bundan sonra hər iki idmançının komanda yoldaşları döyüşə müdaxilə edib. Azarkeşlərin də meydana enməsi davanın böyüməsinə səbəb olub. 
 
BAKU.WS