SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda başlayan güclü yanğın söndürülüb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən BAKU.WS-ə məlumat verilib.

Verilən məlumata görə, Bakı şəhərinin Nərimanov rayonunda boya sexində baş verən yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası vasitəsi ilə söndürülüb.

***12:10

Bakıda güclü yanğın başlayıb.

BAKU.WS
xəbər verir ki, hadisə Heydər Əliyev prospekti 103A ünvanında qeydə alınıb.

Məlumata görə, yanğın sözügedən ərazidə yerləşən boya sexlərindən birindədir. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunub.

"oxu.az"ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, hadisə "Metprof" MMC-də baş verib.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

İlkin məlumata görə, xəsarət alan yoxdur.
BAKU.WS
VİDEO

QALEREYA