SİZİN REKLAM BURADA!
055 213 76 73


10 avqust 2019-cu il tarixdə saat 16:58-də Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Sumqayıt şəhərində mebel sexində yanğın olması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Yanğınsöndürənlər hadisə yerinə çatarkən artıq bina tam alovlanmış vəziyyətdə olub.

Yanğın nəticəsində ümumi sahəsi 1025 m² olan mebel sexi yanıb. Yanğın yanğından mühafizə bölmələri tərəfindən 18:21-də söndürülüb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğının söndürülməsi zamanı Sumqayıt Şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin bir əməkdaşı xəsarət alıb. O, Sumqayıt şəhər Təcili Yardım Xəstəxanasına yerləşdirilib.
BAKU.WS
VİDEO