VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda 3 mərtəbəli binada güclü yanğın baş verib.

Bu barədə hadisə şahidləri BAKU.WS-in “qaynar xətti”nə məlumat veriblər. Bildirilir ki, hadisə Nəsimi rayonunda səhər saalarında qeydə alınıb. Əraziyə yanğınsöndürənlər və təcili yardım həkimləri cəlb olunub.

Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən BAKU.WS-ə bildirilib ki, üçmərtəbəli binanın (hər mərtəbəsi 630 m², 2-ci və 3-cü mərtəbəsi mebel sexi kimi fəaliyyət göstərir) 2-ci və 3-cü mərtəbəsində 230 m² sahədə mebel məmulatı, 80 ədəd boya çəlləyi (hər birinin həcmi 12 litr) yanıb.

Binanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Ziya SƏCCAD
BAKU.WS
VİDEO