Kadırovu tənqid edən 16 yaşlı yeniyetmə efirdə 46 dəqiqə üzr istədi - VİDEO

31
iyl
2019
17:19
Çeçeninstanın "Qroznı" dövlət teleradio şirkəti hakimiyyəti "İnstagram"da tənqid etdiyinə görə 46 dəqiqə üzrxahlıq edən yeniyetmənin görüntülərini yayıb.BAKU.WS xəbər verir ki, "Ekstremistin şərhi və onun nəticələri" adlı süjetin "qəhrəman"ı 16 yaşlı Maqomed Axmatov olub.Süjetdə yeniyetmə Çeçenistan hakimiyyətindən üzr istəyir, daha sonra ölkənin müftisi Salah Mejiyevin tənqidini dinləyir.Həmçinin Maqomed Axmatovun dostu İbrahim Bersanov da çıxış edir və dostunun bir neçə gün evdən çıxmadığını deyib: "Bu, da artıq bir siqnal idi".Videomaterialda yeniyetmənin anası və dayısının da şərhləri öz əksini tapıb.
Oxşar xəbərlər
Qazaxıstanda üstünə darvaza aşan 16 yaşlı azərbaycanlı öldü – VİDEO
Qazaxıstanın Kostanay şəhərinin regional uşaq xəstəxanasında 16 yaşlı azərbaycanlı Namiq Şirinov dünyasını dəyişib.BAKU.WS “Astana TV”yə istinadən xəbər verir k...
