SİZİN REKLAM BURADA!
055 213 76 73


Samuxda mənzilə girən oğrunu polisə ev sahibi təslim edib. 

BAKU.WS
-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə ötən gecə rayonun Qarayeri qəsəbəsində qeydə alınıb. 

Belə ki, gecə saatlarında mənzillərdən birinə girən 1995-ci il təvəllüdlü İmdad İsayev ev sahibi tərəfindən tutulub. 

Ev sahibinin səsə çıxdığını görən İ.İsayev qaçmaq istəsə də bu, mümkün olmayıb. Nəticə etibarı ilə zərərsizləşdirilən oğru Samux rayon Polis İdarəsinin əməkdaşlarına təslim edilib.

Faktla bağlı araşdırma başlanılıb.

İ.İsayevin digər cinayət əməlləri araşdırılır.

İlham Məmmədov
BAKU.WS