SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakı Dəmiryol Vağzalında itən və Sumqayıta getdiyi ehtimal olunan uşaqla bağlı yeni məlumat var.

BAKU.WS xəbər verir ki, Sumqayıt sərnişin stansiyasından Oxu.Az-a uşaq qatara minmədiyi bildirilib
Güman olunur ki, o, Bakıda itib.

***19:58***

Bakı Dəmiryolu Vağzalında uşaq itib.

BAKU.WS Report-a istinadən xəbər verir ki, bu barədə uşağın valideynləri ərazidə olan polisə məlumat veriblər.

Adı Nazim olan 12-13 yaşlı uşağın valideynləri övladının saat 19:10-da Bakı Dəmiryolu Vağzalından Sumqayıta çıxan qatarda olduğunu ehtimal edirlər.

Qatarda olan növbətçi polis maşinistlə əlaqə saxlayaraq bu barədə məlumat verib. Amma hələlik uşağı tapmaq mümkün olmayıb.
BAKU.WS