VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


"Bu gün saat 15:30 radələrində Bakı metrosunda itkin düşən azyaşlı uşaq tapılaraq valideynlərinə təhvil verilib".

Bunu “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev deyib.

Onun sözlərinə görə, uşaq metronun “Nəriman Nərimanov” stansiyasında tapılıb: “Uşağın valideynləri metronun “28 May” stansiyasında düşüblər və uşaq unudulub. Daha sonra isə uşaq metropoliten və polis əməkdaşları tərəfindən depoya gedən qatarda “Nəriman Nərimanov” metro stansiyasında tapılıb və valideynlərinə təhvil verilib”.

BAKU.WS