SİZİN REKLAM BURADA!
055 213 76 73


Tovuz rayonunda bıçaqlanma faktı qeydə alınıb.

BAKU.W
S-in bölgə müxbirinin verdiyi məlumata görə, Abulbəyli kənd sakini 1994-cü il təvəllüdlü Hümbətov Elşən Nəbi oğlu bıçaq yarası ilə xəstəxanaya gətirilib.

İlkin məlumatlara görə naməlum şəxslər rayonun avtovağzal adlanan ərazisində 25 yaşlı şəxsi öncə döyüblər.

Daha sonra isə ona bir neçə bıçaq zərbəsi vurublar.

Yaralı zərbələrin təsirindən huşunu itirib.

Hadisəni törədən şəxslər isə qaçıblar.

Ərazidə olan şəxslər tərəfindən xəstəxanaya gətirilən yaralı əməliyyat əməliyyat edilib.

Hazırda Tovuz rayon Polis İdarəsində araşdırmalara başlanılıb.

Hadisəni törədən şəxslərin tutularaq istintaqa təhvil verilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir.
BAKU.WS
QALEREYA