VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyədə azərbaycanlı qarət olunub.

BAKU.WS “haberler”ə istinadən xəbər verir ki, hadisə Kadıköydə baş verib.

Belə ki, oğrular azərbaycanlı A.A.-nın qaldığı yerə giriblər və oradakı televizor, kompüter, 8 min türk lirəsini (təxminən 2400 AZN) oğurlayıblar.

Oğurluq hadisəsi müşahidə kamerasına düşüb. Polisin araşdırması nəticəsində məlum olub ki, hadisəni 28 yaşlı Barış H. törədib. O, kameradan da göründüyü kimi oğurladığı pulların yarısını bir cibinə, yarısını isə digər cibinə qoyub.

Onun bu hərəkəti polisləri təəccübləndirib. Polis onun bu hərəkəti niyə etdiyini araşdırıb. Məlum olub ki, Barış H. pulları əlbir olduğu şəxslərdən gizlətmək üçün belə edib.

Onlar barəsində məhkəmədə cinayət işi açılıb, araşdırma aparılır.

Baş verən oğurluq görüntüsünü təqdim edirik.
BAKU.WS
VİDEO