VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bakıda keçid ticarət mərkəzindəki mağazaların birində oğurluq hadisəsi baş verib.


Bu barədə BAKU.WS-ə mağaza sahibi bildirib. Oğurluq hadisəsi müşahidə kamerasına düşüb. Hadisənin görüntülərini redaksiyamıza göndərən mağazanın sahibi Elşən İsayev bildirib ki, bir qadın onları qarət edib.

Oğurluq “28 may” metrostansiyasının yaxınlığındakı keçid ticarət mərkəzində yerləşən dükandə qeydə alınıb. Mağazada müştərilərin çoxluğundan istifadə edən bir qadın əlində salafan torba daxil olub. Qadın əlindəki torbaları yerə qoyaraq, orada eynəklərə baxıb.

Daha sonra torbaları götürərkən, orada içərisində idman ayaqqabısı və əlcəklər olan torbanı da götürüb.

Hadisənin görüntüsünü təqdim edirik:

Cavid Babayev
BAKU.WS