Goranboyda azyaşlı piyada vurulub.

BAKU.WS-in bölgə muxbirinin verdiyi məlmata görə, hadisə rayonun Hazırəhmədli kəndində qeydə alınıb.

Hələlik avtomobilin markası və sürücünün kimliyi məlum olmayan şəxs tərəfindən 2013-cü il təvəllüdlü Əliyev Əli Raqif oğlu yaşadığı evin qarşısında avtomobillə vurulub.

Azyaşlı Gəncədəki xəstəxanalardan birinə gətirilib.

Vəziyyətinin orta ağır olduğu bildirilir.

Goranboy rayon Polis İdarəsində hadisəni törədən sürücünün kimliyinin müəyyənləşdirilməsi istiqamətində əməliyyat tədbirlərinə başlanılıb.
BAKU.WS