SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda tələbə qız itkin düşüb.

BAKU.WS Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonunda qeydə alınəb.

Xaçmaz rayon sakini, Yasamal rayonu, 2-ci Alatava qəsəbəsində kirayədə yaşayan, 2 saylı Tibb Kollecinin 1-ci kurs tələbəsi, 2001-ci il təvəllüdlü Cəlilova Arzu Hikmət qızı iyulun 1-də axşam saat 22 radələrində evdən mağazaya çörək almaq adı ilə çıxıb və bir daha geri qayıtmayıb.

Faktla bağlı araşdırma aparılır.
BAKU.WS