SİZİN REKLAM BURADA!
055 213 76 73


Gəncədə 70 yaşı qadın özünü asıb.

BAKU.WS bölgə muxbirinin verdiyi məlumata əsasən hadisə Mirzə Ağa Əliyev küçəsində qeydə alınıb.

70 yaşlı Cəmilə Rəhimovanın yaxınları bu gün səhər saatlarında qadının cəsədini dartınmadan (turnikdən) ipək şalla asılı vəziyyətdə tapıblar.

Hadisə yerinə Gəncə şəhər Baş Polis İdarəsinin və Gəncə şəhər Prokurorluğunun əməkdaşları gəlib.

Meyidə baxış keçirilib, cəsəd ekspertizaya göndərilib.

İlkin məlumatlara görə qadın uzun illərdir əsəb xəstəliyindən əziyyət çəkirmiş.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
BAKU.WS