Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

BAKU.WS “unikal.org”a istinadən xəbər verir ki, hadisə şəhərin Bakı küçəsində qeydə alınıb.

Sumqayıt şəhər sakini Qəribov Orxan İlham oğlu idarə etdiyi "Changan" markalı avtomobillə hərəkətdə olarkən yolu keçən 30-35 yaşlı qadını vurub.

Qadın ağır vəziyyətdə xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı cinayət işi başlanıb.
BAKU.WS