SİZİN REKLAM BURADA!
055 213 76 73


Xəzər dənizi kənarından suiti cəsədi tapılıb.

Bu barədə oxucularımız BAKU.WS-in “qaynar xətti”nə məlumat veriblər.

Verilən məlumata görə, Goradildə dəniz kənarında gəzərkən sakinlər suiti cəsədinə rast gəliblər.

Qeyd edək ki, son illər Xəzər dənizinin Azərbaycana aid hissəsinin şimal sahillərində suitilərin ölümü hallarına tez-tez rast gəlinir.

BAKU.WS
VİDEO