SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Bir sıra kütləvi informasiya vasitələrindən daxil olan sorğuya görə, Rusiya Federasiyasının Mahaçqala ərazisinin Xəzər sahili sularında balıqlarının kütləvi tələf olma hallarının qeydə alındığı bildirilir.


Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, bu sorğulara əsasən Azərbaycan Respublikasının Xəzər dənizi sahillərində və sahilə yaxın ərazilərdə monitorinq keçirilməsi və bu ərazilərin daim nəzarətdə saxlanılması barədə göstəriş verilib. Eləcə də baytarlıq idarələrinə tapşırılmışdır ki, ölkəmizin dəniz sahili ərazilərində monitorinq keçirən zaman ərazidə ölmüş və xəstəliyə şübhəli balıqlara rast gəlinərsə, onlardan baytarlıq-sanitariya tələblərinə uyğun nümunələr götürülərək Respublika Baytarlıq Laboratoriyasına göndərilsin.

Göstərişə uyğun olaraq, Xəzər dənizi sahili rayonların baytarlıq idarələri (Xaçmaz, Şabran və Siyəzən rayon baytarlıq idarələri) qısa zaman kəsiyində nəzarəti tədbirlər həyata keçirmişlər. Eləcə də Xəzər sularında balıqçılıqla məşğul olanlarla və digər müvafiq qurumlarla əlaqə saxlanılıb. Onu da qeyd etməliyik ki, Mahaçqala ərazisinin Xəzər sahili sularında balıqlarının kütləvi tələfatı ilə əlaqədar Azərbaycan Respublikasına heç bir rəsmi məlumat daxil olmayıb.

Avqustun 5-də aparılan aktiv nəzarəti tədbirlərin nəticəsi olaraq Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, Azərbaycan Respublikasının Xəzər dənizi sahillərində hər hansı balığın tələfatına təsadüf olunmamış və bu ərazilər daim nəzarətdədir.
 
BAKU.WS