SİZİN REKLAM BURADA!
055 213 76 73


 
 
Xəzər dənizində uzunmüddətli qasırğalar nəticəsində yüzlərlə suiti ölüb.

BAKU.WS-in report-a istinadən verdiyi məlumata görə, bu barədə çərşənbə günü Rusiya Balıqçılıq üzrə Federal Agentliyinin Qərbi-Xəzər Ərazi İdarəsi məlumat yayıb.

"İlkin rəyə görə, Xəzər dənizinin Dağıstan sahilləri boyunca aşkar olunan 300-dən çox suiti, uzunmüddətli qasırğalar nəticəsində ölüb. Mütəxəssislər müəyyən ediblər ki, bunlar, əsasən yaşlı suitilər olublar və qasırğalar onların təbii ölümünü sürətləndirib", — deyə idarədən bildirilib.
 
İlyas Quliyev
BAKU.WS