SİZİN REKLAM BURADA!
055 213 76 73


 

 
Febralın 21-də Xəzər dənizinin Neftçala ərazisində aşkar edilmiş cəsədin DNT analizinin nəticələri məlum olub. 
 
BAKU.WS-in SOCAR-a istinadla verdiyi məlumata görə, ekspertlərin rəyinə əsasən, cəsəd SOCAR-ın Nəqliyyat İdarəsinin əməkdaşı Xudaverdiyev Cavad Xudaverdi oğlunundur.
 
O, dekabrın 4-də təbii fəlakət nəticəsində Neft Daşlarındakı 501 saylı dəniz özülündə baş vermiş qəzada itkin düşən 3 neftçidən biridir. Mərhuma Allahdan rəhmət, doğmalarına və əzizlərinə səbr diləyirik. 

Dekabrın 4-də Neft Daşlarındakı 501 saylı və ''Günəşli'' yatağındakı 10 saylı dəniz özüllərində baş vermiş qəzalar nəticəsində itkin düşmüş neftçilərin axtarışı davam edir. 
 
BAKU.WS