SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Xəzər dənizinin Türkmənistan sahillərində tapılmış meyitin şəxsiyyəti müəyyənləşdirilib.


Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, Xəzər dənizinin Türkmənistan sahillərindən 55 km uzaqlıqda Azərbaycana məxsus "Cabbar Həşimov” gəmisi kişi cəsədi aşkar edilib.

Dərhal yaxınlıqda olan Türkmənistana məxsus "Caspian Rovşan” gəmisinə məlumat ötürülmüş və cəsəd gəminin göyərtəsinə qaldırılaraq Türkmənbaşı dəniz limanı istiqamətinə aparılıb.


Məlum olub ki, meyit 10-cu dərin dəniz özülündə mexanik işləyən və baş vermiş qəza nəticəsində itkin düşən neftçi, 1958-ci il təvəllüdlü Qasımov Mübariz Dilqəm oğluna məxsusdur.


Xatırladaq ki, bir müddət öncə Xəzərin Türkmənistan sektorunda 3 neftçinin cəsədi aşkarlanıb. Neftçilər Quliyev Əzizağa Nöhbala oğlu, Abdullayev Adil Ələkbər oğlu və Qasımov İman Şura oğlunun meyitləri Vətənə gətirilib və aidiyyətı üzrə təhvil verilib.

Ziya Babayev
BAKU.WS