SİZİN REKLAM BURADA!
055 213 76 73


 
"Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşmüş neftçilərdən daha birinin cəsədi tapılıb. 

BAKU.WS-in Türkmənistandan əldə etdiyi məlumata görə, "Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşənlərdən birinin meyiti Xəzər dənizinin Türkmənistan sektorunda aşkar edilib. Əldə etdiyimiz məlumata görə, neftçinin cəsədini "Caabar Həşimov" gəmisi tapıb, "Caspian Roşan" gəmisi isə götürə bilib. 

Operativ qərargahdan BAKU.WS-ə xəbəri təsdiqlədilər. Bildirdilər ki, FHN-in "BE-200ÇS” amfibiya tipli təyyarəsi cəsədin gətirilməsi üçün Türkmənistana yola düşüb. Cəsədi tapılan neftçinin kimliyi hələlik məlum deyil. 
 
Xatırladaq ki, bir müddət öncə Xəzərin Türkmənistan sektorunda 3 neftçinin cəsədi aşkarlanıb. Neftçilər Quliyev Əzizağa Nöhbala oğlu, Abdullayev Adil Ələkbər oğlu və Qasımov İman Şura oğlunun meyitləri Vətənə gətirilib və aidiyyətı üzrə təhvil verilib.
 
Şahin Həbibov
BAKU.WS