SİZİN REKLAM BURADA!
055 213 76 73


Qazax rayonunda boğulma faktı qeydə alınıb.

BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata əsasən, hadisə rayonun Xanlıqlar kəndində baş verib. Dağkəsəmən kənd sakini Nəbiyev İlham Mirzə oğlu Kürçayının Ağstafa rayonu istiqamətindən keçən hissəsində, Ağstafa çay su anbarında boğulub. İ

likin məlumatlara görə mərhum dostları ilə su anbarında üzürmüş. Bu zaman qəfildən gözdən itib. Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin Dalğıc Xilasetmə qurupu cəlb olunub və 24 yaşlı şəxsin meydi sudan çıxarılaraq ailəsinə təhvil veriib.

Faktla bağlı Qazax rayon Prokurorluğunda cinayət işi açlıb, araşdırmalar davam etdirilir.

BAKU.WS