Zahidov, Fərid Qasımov və Yaqut Kərimovanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

BAKU.WS "ölkə.az"a istinadən xəbər verir ki, cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Mahmud Ağalarovun icraatına verilib.

Qeyd edək ki, əvvəlcədən cinayət əlaqəsinə girən şəxslər paytaxt sakini Elvin Məmmədovu (ad və soyad şərtidir - red.) şantaj ediblər.Onlar Yaqut Kərimovanı zərərçəkmişlə intim əlaqəyə girməyə məcbur ediblər və bu mənzərəni videoya və fotoya çəkiblər.

Daha sonra dəstə üzvləri həmin video və fotoları yaymamaq üçün Elvin Məmmədovdan külli miqdarda pul tələb ediblər.

Pulu verə bilməyən zərərçəkmiş hüquq-mühafizə orqanlarına şikayət edib. Şikayət əsasında dəstə üzvləri həbs edilib.

İstintaq orqanı tərəfindən dəstə üzvləri barəsində Cinayət Məcəlləsinin 182.3.2-ci ( külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə), 182.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən hədə-qorxu yolu ilə tələb etmə) maddəsi ilə ittiham elan edilib. BAKU.WS