VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İyunun 17-də saat 08 radələrində Ağstafa rayonunun Böyük Kəsik kəndinin ərazisindəki kənd təsərrüfütı məhsullarının satış bazarında baş verən cinayətin təfərrüatları məlum olub.

BAKU.WS xəbər verir ki, qətlə yetirilənlərin qohumu Şahin Musayev mətbuata baş verənlərdən danışıb. O, bildirib ki, cinayət qan davası səbəbindən baş verib:

“Əmim uşaqları onlardan iki nəfəri güllələmişdi. Onlar əmimi güllələdi. Sonradan hərəsinə 15 və 9 il iş verdilər. Azadlıqdan yeni çıxmışdılar. Musayeva Şərqiyə və oğlu Novruz bazarda olanda millətin içində atəş açıb”.

Hadisə şahidi Lilpar Əhmədova isə hadisəni belə xatırlayır:

“Bazarda idik. Ölənlərlə vuranın qan davası vardı. Bir oğlan gəldi pomidor aldı və onu maşına qoydu. Maşından avtomatı əlinə aldı və başladı camaata atəş açmağa”.


***15:59

Ağstafa rayonunda bazarda odlu silahdan açılan atəş nəticəsində xəsarət alanlardan birinin ayağı amputasiya olunub.

BAKU.WS-in bölgə muxbirinin vediyi məlumata görə, xəsaət aanlardan 1951 ci il təvəllüdlü Nüsrət Məhəmməd oğlu İsyevin ayağı amputasiya edilib.

Həmin şəxs Qazax rayonunda yerləşən xəstəxanaya yerləşdirilib vəziyyətinin ağır olduğu deyilir. Bildiək  ki hadisə nəticəsində 4 nəfər olüb, 4 nəfər isə müxtəlif xəsarətlər alıb.

***12:21

Ağstafa rayonunda baş verən dəhşətli cinayətlə bağlı rəsmi məlumat verilib.

Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun mətbuat xidmətlərindən BAKU.WS-ə verilən məlumata görə, iyunun 17-də saat 08 radələrində Ağstafa rayonunun Böyük Kəsik kəndinin ərazisindəki kənd təsərrüfütı məhsullarının satış bazarında orada satıcı işləyən Sadıxlı kənd sakinləri

- Şərqiyyə Musayevanın, oğlanları Novruz və Şəmiddinin, həmçinin Ağgöl kənd sakinin Zeynəb Cəlilovanın odlu silahla qətlə yetirilmələri,

daha 3 nəfərin isə ağır bədən xəsarətləri alması barədə daxil olmuş məlumat əsasında prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitlərə baxış keçirilib,

oradan iş üçün əhəmiyyət kəsb edən digər maddi sübutlar götürülüb və zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürmə) və 228.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama və daşıma) maddələri ilə cinayət işi başlanılıb, iş üzrə müvafiq ekspertizalar təyin edilib.

İlkin araşdırmalarla bu ağır cinayətin Ağstafa rayonunun Sadıxlı kənd sakini Elvin Süleymanov tərəfindən şəxsi münasibətlər zəminində qisas almaq niyyətilə törədilməsi, bu zaman onun “Kalaşnikov” markalı avtomat silahdan istifadə etməsi müəyyən olunub.

Təxirəsalınmadan həyata keçirilmiş əməliyyat-axtarış və qabaqlayıcı profilaktik tədbirlər nəticəsinaə E.Süleymanov Ağstafa Rayon Polis Şöbəsinə könülü gələrək təslim olub, cinayətin aləti olan odlu silahı istintaq orqanına təqdim edib.

Ağır cinayəti törətməkdə şübhəli bilinən Elvin Süleymanova Cinayət Məcəlləsinin qeyd olunan maddələrində nəzərdə tutulmuş ittiham elan edilərək  barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Sözügedən hadisənin ağırlıq dərəcəsi  və geniş rezonans doğurması nəzərə alınaraq, eyni zamanda, cinayətin hərətərəfli, tam və obyektiv araşdırılması məqsədilə respublika Baş Prokurorluğunun və Daxili İşlər Nazirliyinin təcrübəli əməkdaşlarından ibarət qrup artıq Ağstafa rayonuna ezam olunub.

Hazırda cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

***11:51

Bu gün səhər saatlarında Ağstafada güllələnən şəxslərdən biri də dünyasını dəyişib.

BAKU.WS xəbər verir ki, Ağstafada dəhşətli cinayəti törədən şəxs hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Qətli törətməkdə şübhəli bilinən 1994-cü il təvəllüdlü Elvin Suleymanovdur.

Hadisə nəticəsində yaralananların adları məlum olub. Onlar 1964-cü il təvəllüdlü Lilpar Baba oğlu Əhmədov, 1999-cu il təvəllüdlü İbrahim Rasim oğlu Abdullayev, 1951-ci il təvəllüdlü Nüsrət Məhəmməd oğlu İsayev və 1961-ci il təvəllüdlü Rəsul Abbas oğlu Həsənovdur.

Onların əksəriyyəti ayaqlarından güllə yarası alıblar.

Ölənlərdən ikisinin kimliyi məlum olub. Həmin şəxs 1961-ci il təvəllüdlü Şərqiyə Nəsib qizi Sadıqova və 1984-cü il təvəllüdlü Səməddin Musayev, 1961-ci il təvəllüdlü Novruz Musayev və Zeynəb Cəlilovadır.

***11.21

Bu gün səhər saatlarında Ağstafada dəhşətli hadisə qeydə alınıb.

BAKU.WS–in bölgə müxbirinin verdiyi məlumata görə, Böyük Kəsik kəndində baş verən kütləvi dava zamanı 3 nəfər ölüb.

İlkin məlumatlara görə davada azı 7 nəfər iştirak edib. Bir müddət öncə türmədən çıxan şəxsin 3 nəfəri yerindəcə öldürdüyü deyilir.

Daha 4 nəfərin isə ağır xəsarət alaraq xəstəxanaya aparıldığı məlumatı var. Hələlik öldürülən və xəsarət alan şəxslərin kimliyi məlum deyil.

Qeyd edək ki, öldürülən şəxslər avtomatla güllələniblər.

Hadisə yerinə Ağstafa rayon Prokurorluğu və Polis Idarəsinin rəsmiləri cəlb olunub. Hadisəyə səbəb illərdir nəsillər arası davam edən münaqişədir.

Ziya SƏCCAD
BAKU.WS
QALEREYA