SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanın ikinci prezidenti Əbülfəz Elçibəyin həyat yoldaşı vəfat edib.

BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycanın sabiq baş naziri Pənah Hüseyn sosial şəbəkə hesabında yazaraq məlumat verib.

O Həlimə Əliyevanın Türkiyədə dünyasını dəyişdiyini bildirib.

Qeyd edək ki, Əbülfəz Elçibəy (tam adı:Əbülfəz Qədirqulu oğlu Əliyev; 24 iyun 1938 – 22 avqust 2000) — azərbaycanlı dövlət, siyasi və ictimai xadim, dissident, Azərbaycan Xalq Cəbhəsinin lideri və Azərbaycan Respublikasının ikinci prezidenti (1992–1993). Azərbaycan tarixində xalq tərəfindən, demokratik seçkilər yolu ilə seçilən ilk prezidentdir.
BAKU.WS