İyunun 7-də Bərdə rayon ərazisində 1995-ci il təvəllüdlü Elvin Mirzəyev və 1983-cü il təvəllüdlü Elnur Gülməmmədovun idarə etdikləri “Qazel” markalı yük avtomobillərinin toqquşması zamanı baş vermiş yanğın nəticəsində xəsarət alan İlyas Gülməmmədov və Nizami Əliyev dünyasını dəyişib.

Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, faktla bağlı Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat Şöbəsində Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Cinayət işi üzrə zəruri ekspertizalar təyin olunmuş və digər təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilib.

Aparılmış istintaqla hadisənin Elvin Mirzəyev tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud surətdə pozularaq törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, şübhəli şəxs qismində tutulub.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
BAKU.WS