Ötən gün Bərdə rayonunda yük avtomobilinin partlaması nəticəsində xəsarət alan 3 nəfərdən ikisi xəstəxanada ölüb.

BAKU.WS-in bölgə müxbiri xəbər verir ki, hadisə zamanı Qazel markalı avtomobildə olan sərnişinlər 1983-cu il təvəllüdlü Elnur İlyas oğlu Gülməmmədov və 2009-cu il təvəllüdlü İlyas Vasif oğlu Gülməmmədov ağır bədən xəsarətləri ilə Bərdə rayon mərkəzi xəstəxanasına, daha sonra isə Bakı şəhərində yerləşən xəstəxanaların birinə göndərilib.

Həkimlərin səyinə baxmayaraq onların həyatını xilas etmək mümkün olmayıb. Digər yaralı Nizami Əliyevin müalicəsi Bərdə Mərkəzi Rayon Xəstəxanasının Travmatologiya şöbəsində davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

***17:47***

Bərdə rayonunda iki yük avtomobilinin toqquşması nəticəsində partlayış baş verib.

BAKU.WS-ın bölgə müxbirinin verdiyi məlumata görə hadisə rayonun Alpout kəndində qeydə alınıb.

“Qazel” markalı yük avtomobili eyni markalı yük avtomobili ilə toqquşub. Nəticədə yük avtomobillərin birininin yanacaq çənində partlayış baş verib. Hadisə zamanı 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar ətrafda olan insanların köməkliyi ilə Bərdə rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Onlardan ikisinin azyaşlı olduğu bildirilir.

Fakt bağlı araşdırma aparılır.

Cavidan Rauf
BAKU.WS


VİDEO

QALEREYA