055 213 76 73
BAKU.WS-in sərhəddə olan əməkdaşının verdiyi məlumata görə, bu gün səhər saatlarında Astara istiqamətindəki keçid məntəqəsində, İran tərəfində yenidən problemlər yaranıb.
Belə ki, səhər saat 9-dan sonra İran tərəfi Azərbaycandan qarşı tərəfə keçmək istəyənləri buraxmır. Bildirilir ki, texniki problem yaranıb.
Məsələ ilə əlaqədar Dövlət Gömrük Komitəsilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətinin rəhbəri Natiq Axundov BAKU.WS-ə bildirdi ki, məsələ araşdırılacaq və tezliklə açıqlama veriləcək.
Ziya SƏCCAD
BAKU.WS
VİDEO