SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Bu gün Lənkəran rayonunun Liman şəhərinin sakinləri Bakı-Astara yolunu bağlayıblar.

BAKU.WS
-in məlumatına görə, bu barədə AzadlıqRadiosuna Müsavat Partiyası Liman təşkilatının üzvi İman Əliyev məlumat verib. İman Əliyevin sözlərinə görə, aksiyanı heç bir siyasi qüvvə təşkil etməyib. Əhali qiymətlərin qalxmasına və işsizliyin artmasına etiraz edirlər: "Təsadüfən yoldan keçirdim, insanların yolu bağladıqlarını gördüm. Adamlar qiymətlərin günü-gündən artmasına, işsizliyə etiraz edirlər".

Lənkəran İcra Hakimiyyətindən BAKU.WS-ə bildirilib ki, hadisə ilə bağlı geniş məlumat yayılacaq.

BAKU.WS