VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Türkiyənin İstanbul şəhərində baş verən partlayış hadisəsində ölən və yaralananların sayı açıqlanıb.
 
BAKU.WS-in məlumatına görə, İstanbul Valiliyi səhər saatlarında baş verən şiddətli partlayışda azı 10 nəfərin öldüyünü, 15 nəfərin yaralındığını söyləyib. Partlayışın səbəbi, patlayıcının növü, hadisənin səbəbkarları haqqında araşdırmalar davam etdirilir. 
 
Xatırladaq ki, bu gün Türkiyənin İstanbul şəhərində şiddətli partlayış hadisəsi baş verib. Hadisə İstanbulun Sultanahmet Meydanında gündüz saat 10.20-da (Bakı vaxtı ilə 12.20) qeydə alınıb. Partlayışdan sonra çox sayda təcili yardım və polis hadisə yerinə cəlb edilib. Partlayış olan əraziyə yaxın bir bölgədə bir polis maşının aşdığı deyilir. 
 
Şahin Həbibov
BAKU.WS