SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakıda maşın yanaraq külə dönüb.

Bu barədə Fövqəladə Hallar Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətindən BAKU.WS-ə məlumat verilib.

Verilən məlumata görə, Bakı şəhərinin Xəzər rayonunda “VAZ” markalı minik avtomobilinin yanar hissələri yanıb. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bakı şəhər Təcili Tibbi Yardım Stansiyasından BAKU.WS-ə verilən məlumata görə, hadisə zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Ziya SƏCCAD
BAKU.WS